Ermənistanda qarşıdakı parlament seçkiləri təxminən 12 milyon dollara başa gələcək.

İndex.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Xərclərin məbləği 4,45 milyard dram (təxminən 12 milyon dollar) təşkil edəcək. Bunlardan 1,8 milyard dram məntəqə seçki komissiyası üzvlərinin əməkhaqları olacaq.

MSK, həmçinin seçkilərdə iştirak edən partiyaların və blokların seçki siyahılarının qeydiyyatı üçün zəruri olan sənədlərin nümunəvi formalarını təsdiq edib.

Qərar "Seçki Məcəlləsi" konstitusiya qanununa uyğunlaşdırılıb, buna əsasən parlamentə növbəti seçkilər zamanı partiya/blok seçki siyahısında ilk 30 namizədi qurultayın nəticələrinə əsasən qəbul edilmiş qərarla təsdiq etməlidir.