Böyük Britaniya Rusiyanın “Poçta Bank və "Toçka" bankına qarşı sanksiyalar tətbiq edib.

İndex.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Sanksiyalarının Həyata Keçirilməsi İdarəsinin (OFSI) məlumatında bildirilib.

Böyük Britaniyanın sanksiya siyahısına həmçinin “Transkapitalbank” (TKB), “Absolyut Bank”, "Sinara" bankı, "Avers" bankı, “Lanta-bank”, "Ak bars" bankı və “Fora-bank” daxil edilib.

Böyük Britaniya hökumətinin saytındakı məlumata görə, bu 9 kredit təşkilatı "Rusiyanın beynəlxalq bazarlara çıxışını qoruyub saxlamaq cəhdləri və hərbi əməliyyatların maliyyələşdirilməsinə yardım" baxımından mühüm əhəmiyyət kəsb edən transsərhəd ödənişlər həyata keçirib.