Avropa İttifaqı (Aİ) səfirləri Rusiyaya qarşı 20-ci sanksiya paketini razılaşdıra bilməyiblər.

İndex.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Aİ ölkələrinin səfirləri Rusiyaya qarşı 20-ci sanksiya paketini razılaşdıra bilməyiblər", - agentlik bildirib.

Xatırladaq ki, fevralın 6-da Avropa Komissiyası Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketini təqdim edib. O, energetika, maliyyə xidmətləri və ticarəti əhatə edir.