2025-ci ildə Azərbaycana 62 milyon 485.9 min ABŞ dolları dəyərində 2028 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ən çox elektromobil Çindən (992 ədəd), ABŞdən (656 ədəd), Almaniyadan (199 ədəd) və Koreyadan (64 ədəd) idxal edilib.
Çindən idxal edilən elektromobillərin orta qiyməti 40,9 min manat, ABŞ-dən 31,5 min manat, Almaniyadan 129,5 min manat, Koreyadan isə 31,4 min manat təşkil edib.
Qeyd edək ki, ötən il Azərbaycana 17 ölkədən elektromobil edilib.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycana ümumilikdə 2.4 milyard ABŞ dolları dəyərində 123 319 ədəd avtomobil idxal edilib.
