Süni intellekt və robot texnologiyaları hər gün daha geniş yayılır. Bunun ən son nümunəsi Cənubi Koreyadan gəldi.
İndex.az xəbər verir ki, Cənubi Koreyanın Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST) tərəfindən hazırlanmış “Raibo2” adlı dördayaqlı robot it 42 kilometrlik marafonda finişə çatan ilk robot kimi tarixə düşüb.
Cənubi Koreyanın Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST) tərəfindən hazırlanmış “Raibo2” adlı robot it 22-ci Sanqju Qurudulmuş Xurma Marafonunda iştirak edib. Rəsmi olaraq rəqiblərdən biri olan “Raibo2” 42 kilometrlik marafonu 4 saat 19 dəqiqə 52 saniyəyə başa vurub.
Beləliklə, “Raibo2” marafon qaçan ilk robot adını qazandı. Təbii ki, buna nail olmaq asan məqsəd deyildi. Trasda dik yamaclar və enişlər robot üçün kifayət qədər çətin idi. Bununla belə, “Raibo2” xüsusi hazırlanmış proqram təminatı və dizaynı sayəsində bu çətinliyin öhdəsindən gəldi.