Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 682 mənzil alıblar, bunun da 78-ı sentyabrda olub.
Bu barədə İndex.az Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə olaraq 33 mənzil (4,6 %) azdır. Ötən ilin oktyabr ayı ilə müqayisədə isə 5 mənzil (6,8 %) çoxdur.
Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 7-ci yerdə qərarlaşıb.
Ümumilikdə, bu ilin yanvar-oktyabr aylarında Türkiyədə xarici vətəndaşlara 19 375 mənzil (il ərzində 11 459 ədəd və ya 37,16 % azalıb) satılıb. Təkcə oktyabr ayında ölkədə 2 132 xarici vətəndaş (420 ədəd və ya 16,46 % az) mənzil sahibi olub.
Oktyabrda Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən ay 373 mənzil (340 mənzil və ya 1,9 dəfə az) satılıb. Bu ilin 10 ayında isə rusiyalılar bu ölkədə 4 008 mənzil (5 388 ədəd və ya 2,3 dəfə az) alıblar.
Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. İranlılara 10 ay ərzində bu ölkədə 1 727 mənzil satılıb, onların 172-si oktyabr ayında əldə edilib. Bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2 106 ədəd və ya 2,2 dəfə azdır, 2023-cü ilin oktyabr ayına nisbətən isə 63 mənzil və ya 26,8 % azdır.
İlk 3-lüyü isə Ukrayna qapadır. Ötən ay Ukrayna vətəndaşları Türkiyədə 136 mənzilə (2 mənzil və ya 1,44 % az) sahib olub, yanvar-oktyabr aylarında isə 1 290 mənzil (189 ədəd və ya 12,8 % az) alıblar.