Boz və ya tamamilə ağ saçları orijinal rənginə qaytarmaq mümkündürmü?

2021-ci ildə aparılan bir araşdırmada ağ saçların qısa müddətli vəziyyətlərdə yenidən qara rəngə dönə biləcəyi deyilsə  də, dermatologiya və trixologiya mütəxəssisləri bu araşdırmaya şübhə ilə yanaşırlar.

İndex.az xəbər verir ki, bu araşdırmaya görə, tədqiqatçılar hər iki ucunda tünd piqment olan, lakin ortasında boz saç olan saç telləri olan insanları araşdırıb və bu insanların stres olmadığı zaman saçlarının yenidən qaralmağa başladığını müəyyən ediblər.

Əlavə olaraq unutmaq olmaz ki, saçların ağarması və ya öz rənginə qayıtması üçün yeganə amil stress deyil. Məsələn, Dr. Antonelle Tostinin fikrincə, bu məqamda ətraf mühit faktorları fərdi stressdən qat-qat təsirli olur.

Ancaq antioksidantla zəngin qidaların istehlakı bədənin DNT və sərbəst radikallar adlanan qeyri-sabit molekulların yaratdığı hüceyrə zədələnməsini azaltmağa kömək edə bilər. Bu, saçın həm yaşlanmasını, həm də ağarmasını gecikdirə bilər.

Bundan əlavə, sərbəst radikallar zamanla bədəndə təbii şəkildə əmələ gələ bilər və ya siqaret, ultrabənövşəyi şüalara məruz qalma və ətraf mühitin çirklənməsi kimi xarici faktorlar səbəb ola bilər.

Bununla belə, həm şəxsi, həm də ətraf mühitin stres faktorlarını azaltmaq saçların ağarmasının qarşısını tamamilə almağa kömək etməyəcək. Çünki ümumiyyətlə, hər 10 nəfərdən ən azı 5-i 50 yaşına çatanda ağarmağa başlayır.

Belə ki, mütəxəssislərin fikrincə, ailənizdə gənc yaşda saçları ağarmağa başlayan biri varsa, bütün müxtəlif amillərdən asılı olmayaraq, saçlarınızın erkən yaşlarda rəngini dəyişməsi ehtimalı yüksəkdir.

Yenə də, erkən boz saçların genetik mənşəli olan fərdlərdə genlər stresin idarə olunmasından çox daha böyük rol oynayır. Xülasə, saçların ağarmasının bir çox müxtəlif səbəbləri var ki, bunlar insandan insana dəyişir. Üstəlik, bəzi araşdırmalar saçın əvvəlki rənginə qayıda biləcəyini göstərsə də, bəziləri hələ də buna şübhə ilə yanaşır.