“Beko” İtaliyanın sənaye nazirliyi tərəfindən təşkil edilən iclasda ölkədəki cəmi 4400 işçidən 1935-ni işdən çıxaracağını bildirib.
İndex.az xəbər verir ki, “Beko Europe” ixtisarları təsdiqlədi və İtaliyadakı əməliyyatların çətin sənaye şərtləri, o cümlədən Asiyadakı şirkətlərin rəqabətinin artması və tələbin zəifləməsi səbəbindən maliyyə cəhətdən aşağı performans göstərdiyini bildirdi.
İtaliyadakı fabriklərin tutumdan istifadə nisbətlərinin yüzdə 40-ın altında olduğunu və bunun davamlı olmadığını ifadə edən şirkət, uzunmüddətli davamlı varlıq nümayiş etdirmək üçün İtaliyadakı fəaliyyətlərini yenidən formalaşdıracağını və bunun üçün 110 milyon avro sərmayə qoyacağını açıqladı.