“Xiaomi”, nəhayət, “Redmi Note 14 Pro Plus” modelinin beynəlxalq bazarlarda satışa çıxarılma tarixini açıqladı.
İndex.az xəbər verir ki, Çində böyük maraqla qarşılanan model, sonunda qlobal istifadəçilər üçün əlçatan olacaq.
“Redmi Note 14 Pro Plus” qiymət-performans yönümlü istifadəçilər üçün çoxdan gözlənilən bir modeldir.
“Redmi Note 14 Pro Plus”,” MediaTek Dimensity 8300″ prosessoru ilə təchiz ediləcək. Bundan əlavə, o, istifadəçilərinə 12 GB RAM və 512 GB yaddaş variantları ilə böyük yaddaş tutumu təqdim edəcək.
Cihazın ən diqqətçəkən xüsusiyyətlərindən biri onun 200 MP təsvir ölçülü əsas kamerasıdır. Ultra geniş bucaqlı və makro linzalarla dəstəklənən kamera sistemi gözləntiləri qarşılayacaq.
Ekran tərəfində deyə bilərik ki, cihaz 6,67 düymlük AMOLED paneli və 120 Hz yeniləmə sürəti ilə son dərəcə hamar görüntü keyfiyyəti təqdim edir. Bundan əlavə, HDR10 + dəstəyi sayəsində rəng dəqiqliyi və kontrast nisbətlərində nəzərəçarpacaq təkmilləşdirmə əldə edildi. Batareyaya gəlincə, o, “Xiaomi” istifadəçilərini sevindirəcək. 5000 mAh tutum və 120 Vt sürətli şarj dəstəyi həm uzun batareya ömrünü, həm də sürətli doldurma müddətlərini təklif edəcək.