Kontakt Home
Korporativ kommunikasiya layihələri üzrə mütəxəssis
Son tarix 28 noy 2024 – Müraciət et
“Kontakt Mobile” olaraq 2006-cı ildə mobil telefon, aksessuar və mobil nömrələrin satışını həyata keçirən ilk kiçik mağaza ilə fəaliyyətə başladıq. 2013-cü ildə geniş elektronika və məişət texnikası kateqoriyalarının sırasına mebel kateqoriyası da əlavə olundu. Həmin ildən etibarən yerli və xarici brendlərin, həmçinin öz fabrikimizin istehsal etdiyi mebellər də mağazalarımızda satışa çıxarılmış, bununla da “Home” konsepti tamamlanmışdır.
15 ildən artıqdır ki, güclü nüfuzumuzun əsasını təşkil edən dürüst xidmət və “ən yaxşı” olmaq məqsədi ilə irəliləməkdəyik.
Kontakt hazırda Azərbaycanın, hətta Qafqaz regionunun ən böyük elektronika və mebel şəbəkələrindən biri olaraq sevindirməyə davam edir. “Kontakt – Sevindirir” ifadəsini də məhz bunun üçün özümüzə sloqan olaraq seçmişik.
Komanda üzvlərimizin daha da mükəmməlləşməsi və kayera yüksəlişini təmin etməyimiz daim qürurlandığımız cəhətimizdir. Sevindirən komandamıza qoşulmaq istəyənlər üçün sağlam və pozitiv korporativ mühit, qarşılıqlı etibar, güclü və zəngin iş təcrübəsi vəd edirik!
Vəzifə öhdəlikləri:
- Şirkətin strategiya, məqsəd və dəyərlərinə uyğun hərtərəfli korporativ kommunikasiya strategiyalarının hazırlanması və həyata keçirilməsi;
- Press-relizlər, çıxış nitqləri, məqalə, bloq yazıları, xəbər bülletenləri və vebsayt məzmunu daxil olmaqla daxili və xarici kommunikasiya kanalları üçün yaradılan məzmunların redaktəsi, ehtiyac olduqda yazılması;
- Media orqanları, jurnalistlər və digər KİV nümayəndələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- Böhran kommunikasiyalarının effektiv idarə edilməsi;
- Daxili kommunikasiya strategiyasının yaradılması və tətbiqində iştirak;
- Şirkətin missiya və dəyərlərinin əməkdaşlara aşılanması məqsədilə mütəmadi olaraq bu istiqamətdə layihələrin hazırlanması və icrası;
- PR layihələrinin büdcələndirilməsinə iştirak, hesabatlılığın aparılması;
- Şirkətin Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin təşkili və idarə edilməsi
- Mətbuat konfransı, brifinq, dəyirmi masaların, rəhbərliyin ictimaiyyətlə görüşlərinin təşkil edilməsi, işıqlandırılması və press-turların təşkili;
- Ölkədaxili və ölkəxarici səfərlərdə iştirak və onların işıqlandırılmasının təmin edilməsi;
- Podratçı şirkətlər ilə əlaqələrin qurulması və idarə edilməsi;
- Rəhbərlikdən gələn digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil (İctimaiyyətlə Əlaqələr, Jurnalistika, Marketinq və ya müvafiq sahə üzrə);
- Səlis azərbaycan dili biliyi, xarici dil biliyi üstünlükdür;
- Mükəmməl yazılı və şifahi kommunikasiya və təqdimat bacarıqları, detallara diqqət;
- Sahə üzrə minimum 5 il iş təcrübəsi:
- Korporativ brendinq anlayışı, nüfuz idarəçiliyi və böhran kommunikasiyaları anlayışları üzrə dərin biliklər;
- Korporativ Sosial Məsuliyyət layihələrinin idarə edilməsi üzrə təcrübə;
- Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür;
- İdarəçilik və liderlik bacarıqları, kollektiv və fərdi işləmə bacarığı;
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər: https://qlor.me/lik6r74ir
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.