Naxçıvanda əmlakla bağlı müraciət edənlərin sayı 4 dəfə artıb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 3 136 elektron xidmət göstərilib.

İndex.az xəbər verir ki, 2023-ci ilin eyni dövrü ilə müqayisədə elektron xidmətlərdən istifadə sayı 2368 və ya 4,1 dəfə çox olub.