Birləşmiş Ştatlar administrasiyası 2021-ci ildə Amerikanın hərbi qüvvələrinin Əfqanıstanda qoyub getdiyi bütün hərbi texnika və silahları geri qaytarmağı planlaşdırır.
İndex.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə öz kabinetinin ilk iclasında açıqlayıb.
“Biz milyardlarla, on milyardlarla dollar dəyərində texnika qoyub getmişik, tamamilə yeni yük maşınları. Siz görürsünüz ki, onlar hər il bunları hamının gözü qarşısında nümayiş etdirirlər. Bunların hamısı ən yaxşısıdır. Mən düşünürəm ki, biz bu texnikanın böyük hissəsini geri qaytarmalıyıq”, – dövlət başçısı vurğulayıb.
Onun fikrincə, Əfqanıstandakı radikal “Taliban” hərəkatı Amerika silahlarını kütləvi şəkildə satır ki, bu da Əfqanıstanı “dünyanın ən böyük hərbi texnika satıcılarından birinə” çevirir. “Buna inana bilərsinizmi? Onlar 777 min tüfəng, 70 min zirehli yük maşını və nəqliyyat vasitəsi satırlar, bu bizim orada olan və onlara qoyub getdiyimiz 70 min nəqliyyat vasitəsidir. Mən düşünürəm ki, biz bunları geri qaytarmalıyıq”.
