İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 50 nəqliyyat vasitəsi satılıb.
İndex.az bu barədə quruma istinadən xəbər verir.
Hərraclara çıxarılan əmlaklara ümumilikdə 78 sifariş qəbul edilib. Bunlardan 13-ü onlayn qaydada həyata keçirilib.
Rəqabətli keçən hərracda start qiyməti 3 300 manat olan "Hyundai H-1" markalı mikroavtobus 10 533 manata, 9 700 manat olan "Hyundai County" markalı avtobus isə 16 000 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Növbəti hərrac dekabrın 23-də keçiriləcək.
Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" internet saytlarından seçim edə bilərlər.
