İŞİD liderlərindən biri Suriya təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.
İndex.az “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, əməliyyat ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə koordinasiya nəticəsində səmərə verib.
2Suriya Daxili İşlər Nazirliyi zərərsizləşdirilən terrorçunun Məhəmməd Şəhada, digər adı ilə Əbu Ömər Şədda olduğunu bildirib.
Qeyd edək ki, saatlar əvvəl Suriya təhlükəsizlik qüvvələri Taha əl-Zubi adlı digər bir İŞİD liderini paytaxt Dəməşqdə həbs ediblər.
