Qarabağ Universitetinin Biznes və İqtisadiyyat fakültəsində 7 ixtisas üzrə 505 tələbə təhsil alacaq.
İndex.az xəbər verir ki, bunu Prezidentin izi ilə şəhərə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında universitetin Biznesə və İqtisadiyyat fakultəsinin dekanı Kamran Məlikov deyib.
O, Qarabağ Universiteti Biznes və iqtisadiyyat fakültəsinin müasir akademik mühitin formalaşdırılması istiqamətində əsas struktur bölmələrdən biri olduğunu vurğulayıb:
"Fakültədə hazırda 20 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 505 tələbə bakalavriat səviyyəsində 7 ixtisas - maliyyə, mühasibat uçotu, dövlət və bələdiyyə idarəetməsi, iqtisadiyyat, menecment, beynəlxalq ticarət və logistika, turizm işinin təşkili üzrə təhsil alır. Tədris binasında 40 auditoriya, kitabxana, oxu və akt zalları, kompüter laboratoriyaları, inzibati otaqları mövcuddur. Yaradılmış şərait pedaqoji potensialın gücləndirilməsinə, tələbələrin bilik və bacarıqlarının inkişafına, əmək fəaliyyətlərin genişləndirilməsinə imkan yaradacaq. Biznes və İqtisadiyyat fakültəsinin yeni tədris binasının istifadəyə verilməsi universitetdə müasir səviyyədə formalaşdırılması istiqamətində atılan mühüm addımlardan biridir".
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak edib.
