Lionel Messi Meksika podkastına verdiyi müsahibədə şəxsi həyatından tutmuş Barselonadakı vaxtına qədər bir çox mövzuda şəxsi açıqlamalar verib.
İndex.az xəbər verir ki, Messi Dieqo Armando Maradona ilə ilk görüşü barədə də danışıb.
"2006-cı ildə milli komandanın düşərgəsində idim. O, məni söhbət etməyə və ayaq tennisi oynamağa dəvət etdi. Sonra soyunub-geyinmə otağına gəldi. Mən onunla orada tanış oldum. Bütün ailəm orada idi. Mənim üçün çox "dəlicə" idi. Dieqo bütün nəsillər üçün dönüş nöqtəsi idi, mən onunla böyümüşəm", - Messi deyib.
