Messi Meksika podkastına verdiyi müsahibədə şəxsi həyatından tutmuş Barselonadakı vaxtına qədər bir çox mövzuda şəxsi açıqlamalar verib.

İndex.az xəbər verir ki, Argentinalı ulduz ingilis dilini öyrənmədiyinə görə təəssüfləndiyini bildirib.

"Bir çox şeyə görə təəssüflənirəm. Mən həmişə övladlarıma oxumağı və hazırlaşmağı deyirəm. Uşaqlıqda ingilis dilini öyrənməyə vaxtım olub, amma öyrənmədim. Sonradan peşman oldum, çünki fərqli millətlərdən olan insanlarla olanda, fövqəladə vəziyyətlərdə danışmaq və müzakirə etmək imkanım olub, amma danışa bilməmişəm və buna görə də özümü bilgisiz biri kimi hiss etmişəm.