Bu ilin yanvar ayında Azərbaycanda könüllü sığorta növləri hesabına 136,456 milyonmanat sığorta haqqı toplanılıb.
İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövr ilə müqayisədə 2,9 % azdır.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 50,262 milyonmanat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 34 % çoxdur.
Beləliklə, yanvarda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 36,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 26,7manat olub.
Xatırladaq ki, yanvarda Azərbaycandakı 16sığorta şirkətinin xətti ilə 156,604 milyonmanat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 62,012 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,2 % çoxdur.
Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,6 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 29,1 manat olub.
