Bu ilin yanvar ayında Azərbaycanda icbari sığorta növlərinin hesabına 20,148 milyonmanat sığorta haqqı toplanılıb.
İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,6 % azdır.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 11,75 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən16,3 % çoxdur.
Beləliklə, yanvarda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 58,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 43,8 manat olub.
Xatırladaq ki, yanvarda Azərbaycandakı 16sığorta şirkətinin xətti ilə 156,604 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 62,012 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,2 % çoxdur.
Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,6 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 29,1manat olub.
