Bu ilin fevralın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 319,6 milyonmanat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 % az, 2025-ci ilin fevralın 1-nə nisbətən isə 2,8 % çoxdur.

Bunun 47,8 %-i, yaxud 19 milyard 762 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 9,2 % azdır.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 13,4 % artaraq 16 milyard 666,6 milyonmanata, maliyyə təşkilatlarının depozitləri isə 31,5 % artaraq 4 milyard 891 milyonmanata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 21 milyard 550,5 milyon manatı (il ərzində 7,2 % az) qısamüddətli, 19 milyard 769,2 milyon manatı (16,6 % çox) isə uzunmüddətli olub.