İstanbul Respublika Prokurorluğunun Acun Ilıcalı, TV8 və “Exxen” rəqəmsal platforma səlahiyyətliləri haqqında qanunsuz mərc reklamları və təşviq iddiaları ilə bağlı araşdırma başlatmasından sonra Radio və Televiziya Ali Şurası (RTÜK) də hərəkətə keçib.
İndex.az xəbər verir ki, RTÜK “Monteneqro-Türkiyə matçı zamanı, yayımçının reklam lövhələrində qeyri-qanuni mərc saytlarını tanıtdığı iddiaları ilə matçın sonunda araşdırma başlatdı.
Hazırlanmış ekspert rəyi Ali Şuranın növbəti iclasının gündəliyinə çıxarılacaq.
Dün akşam yayınlanan Karadağ-Türkiye maçı esnasında yayıncı kuruluşun saha içi reklam panolarında yasa dışı bahis sitelerinin tanıtımını yaptığı iddiaları üzerine müsabaka bitiminde RTÜK tarafından inceleme başlatılmış olup hazırlanan uzman raporu bir sonraki Üst Kurul… pic.twitter.com/y850go6rgY
— Ebubekir Şahin (@ebekirsahin) November 20, 2024
Qeyd edək ki, Türkiyə UEFA Millətlər B Liqasının 4-cü Qrupunun 6-cı həftəsində Monteneqro ilə qarşılaşıb və TV8-də canlı yayımlanıb. Qarşılaşma zamanı reklam lövhələrində qanunsuz mərc saytları reklam edilib.
Sosial mediada trend olan məsələ ilə bağlı açıqlama verən Acun Ilıcalı xaricdə oynanılan matçların reklam lövhələrinin satışının ev sahibi ölkəyə aid olduğunu bildirib.
İstanbul Respublika Baş Prokurorluğu Acun Ilıcalı, TV8 və “Exxen” rəqəmsal platforma məsul şəxsləri haqqında qanunsuz mərc oyunları reklamı və tanıtımı ilə bağlı istintaq başlatdı.