Avropada avtomobil satışları rekord həddə azalıb

2022-ci ilin ilk rübündə Avropada 2,2 milyon ədəd təzə avtomobil satılıb. Bu, Avropanın avtomobil tarixində 3 ən pis aylardandır.

Bu məlumat Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının son hesabatında yer alır.

Satışlarının azalması istehsaldakı tənəzzüllə birbaşa əlaqədardır. İlin əvvəlində istehsala yarımkeçirici qıtlığı və logistika problemləri mane olurdusa, mart ayında başlıca problem Ukraynadakı təchizatçı zavodların dayanması olub. Siyahıya Rusiyaya tətbiq edilən embarqo nəticəsində Federasiyadan qiymətli metal ixracının dayanmasını də əlavə etmək lazımdır. Qıtlığa görə istehsalçılar daha rentabelli avtomobillrin istehsalına yönəlirlər. Bu da balıca olaraq elektromobillərdir.

İlin birinci rübündə ümumi satışlar 12,3% azalsa da, geriləmə mühərrik tipinə görə fərqlidir. 2 il əvvələdək avropalıların sevimli nəqliyyatı olan dizel avtomobillərin satışı bu il 33,2% azalıb. Qitədə cəmi 378 000 ədəd ağır yanacaqla işləyən yeni avtomobil satılıb.

Benzin mühərrikli avtomobillərin satışı azalsa da, bazarda liderliyini qoruya bilib – 808 000 yeni avtomobil. Köhnə qitədə satılmış bütün təzə avtomobillərin 36%-i benzinlə işləyir. İkinci yerdə 25,1%-lə dizel avtomobillər gəlir. Dizel avtomobillərin satışı əsasən Almaniyada cəmləşib.

3-cü yerdə 16,8%-lə hibrid modellər, 4-cü yerdə isə 10%-lə elektromobillər qərarlaşıb. Doldurulan hibridlərə maraq ənənəvi hibridlərə və elektromobillərə nisbətdə daha az – 8,9%-dir.

Elektromobil satışında əsas yerləri Almaniya (83 774 ədəd, və ya 29% artım), Fransa (64 165 ədəd, və ya 42,7%), Norveç (26 803 ədəd, və ya 40%) və İsveç (19 715 ədəd və ya 285,7%) tutur.

Siyahıda ən sonuncu yeri isə sıxılmış təbii qazla işləyən avtomobillər tutur – cəmi 0,3%.

Çip qıtlığı və Ukrayna böhranı Avropada ucuz avtomobillərin sıradan çıxması ilə nəticələnib. Artıq demək olar heç bir şirkət 10 000 avrodan aşağı qiymətə təzə avtomobil təklif etmir.