Rusiyada bu il ilk dəfə olaraq uçot dərəcəsi artırılıb

Rusiya Mərkəzi Bankı bu il ilk dəfə olaraq uçot dərəcəsini artırıb.

İndex.az xəbər verir ki, bank uçot dərəcəsini iki bənd artıraraq 18%-ə çatdırıb.

İqtisadçıların gözləntisi uçot dərəcəsinin bu səviyyəyə qaldırılacağı idi.

Qərar mətnində səlahiyyətlilər, gələcək görüşlərdə daha da faiz artımının zəruriliyini qiymətləndirəcəklərini bildiriblər.