Merlin Monronun geyimləri və məktubları ilk dəfə Londonda sərgilənəcək

Merlin Monroya məxsus 250-dən çox əşya Böyük Britaniyada ilk dəfə sərgilənəcək.

İndex.az xəbər verir ki, “Marilyn – The Exhibition” adlı sərgidə sevgi məktubları, atlas xalatları və makiyaj məhsulları yer alacaq.

Sərgi oktyabr ayında Londonda öz qapılarını açacaq.

Qeyd edək ki, bunlar Hollivud ulduzuna məxsus 1500-dən çox əşyaya sahib olan Ted Stampferin şəxsi kolleksiyasındandır.

Londonda çəkilişlərdən xatirələr, Kraliça Elizabetlə görüşündən kadrlar və istehsal şirkətinə məxsus əşyalar sərginin diqqət çəkən məqamlarıdır.