“Google”un ana şirkəti “Alphabet” nə qədər qazandığını açıqladı

“Google” ana şirkəti “Alphabet” 2024-cü ilin ikinci rübü üçün yuxarıda gözlənilən nəticələri açıqlayıb.

İndex.az xəbər verir ki, açıqlamaya görə, şirkətin ikinci rübdə ümumi gəliri 85 milyard dollar olaraq qeyd edilib.

Şirkət birinci rübdə 80 milyard dollar gəlir əldə edib.

ABŞ şirkəti ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlərini 14% artıra bilib.

“Google”un əməliyyat mənfəətinə baxdığımızda onun 23,6 milyard dollar qazandığını görürük.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28,96% artım deməkdir.