Güclü küləyə görə nəhəng ağac avtomobillərin üzərinə aşıb

Güclü külək Bakıda nəhəng ağacı avtomobillərin üzərinə aşırıb.

İndex.az xəbər verir ki, hadisə paytaxtın Nizami küçəsi, 203B ünvanının qarşısında qeydə alınıb.

Belə ki, güclü külək nəhəng ağacı kökündən qopararaq yolun kənarında park edilən avtomobillərin üzərinə aşırıb. Nəticədə nəqliyyat vasitələrinə və işıq dirəyinə ciddi ziyan dəyib.