Əmək qabiliyyətinin müvəqqəti itirilməsi sosial sığorta hadisəsi hesab olunur və buna görə müavinət sosial sığorta üzrə ödəmələrin bir növdür. Bəs kimlərin bu müavinəti almaq hüququ vardır? Müavinətin məbləği necə hesablanır?
İndex.az-ın bu və digər suallarını əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov cavablandırıb. Onun sözlərinə görə, məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ vardır. Bu hüquq ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir:
“Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sığorta olunana müavinət aşağıdakı hallarda verilir:
• xəstəlik və zədə nəticəsində əmək qabiliyyəti müvəqqəti itirildikdə;
• sanatoriya-kurort müalicəsi zamanı;
• xəstəlik və zədə nəticəsində əmək qabiliyyəti müvəqqəti itirildikdə;
• sanatoriya-kurort müalicəsi zamanı;
• xəstələnmiş ailə üzvlərinin qulluğa ehtiyacı olduqda;
• epidemioloji hallarda karantin zamanı;
• vərəm və peşə xəstəlikləri ilə əlaqədar müvəqqəti olaraq başqa işə keçirildiyi zaman;
• protez hazırlandığı müddətdə protez-ortopedik müəssisənin stasionarına yerləşdirildikdə;
• Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ verən postvaksinal fəsadların siyahısına daxil olan postvaksinal fəsadla əlaqədar əmək qabiliyyəti müvəqqəti itirildikdə”.
N.Xəlilov əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin aylıq tarif (vəzifə) maaşını, əlavə ödənişləri və mükafatlarla birlikdə hesablanan əməkhaqqı əsasında ödənildiyini deyib. Həmin müavinətin əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik müəyyən edilənədək, lakin qanunvericiliklə müəyyən olunmuş müddətdən çox olmayan dövr üçün verildiyini vurğulayıb:
“Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ilk 14 təqvim günü üçün işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 28-ci bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin qazancından hesablanır. Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda qazanc məbləğinə daxil edilmir”.
Ekspert nümunə əsasında müavinətin hesablanması qaydasını da açıqlayıb:
Fərz edək ki, iş¬çi 22.12.2021-ci il¬də əmək qa¬bi¬liy¬yə¬ti¬ni itir¬ib və 21.02.2022-ci il tarix¬də tibb mən¬tə¬qə¬sin¬dən mü¬va¬fiq sə¬nəd (bül¬le¬ten) təq¬dim edib. İş¬çi¬nin əmək stajı¬nın 12 il, son 12 ay¬lıq əməkhaq¬qı məb¬lə¬ği¬nin hər ay 1100 manat oldu¬ğu¬nu nəzə¬rə al¬saq, iş¬çi¬nin əmək qa¬bi¬liy¬yə¬ti¬nin mü¬vəq¬qə¬ti iti¬ril¬mə¬si¬nə gö¬rə müa¬vi¬nə¬tin he¬sab¬lan¬ma¬sı belə olacaq: ¬
İlk ön¬cə qeyd edək ki, iş¬çi¬nin əmək sta¬jı 12 il ol¬du¬ğu üçün qa¬zan¬cın 100%-i miqda¬rın¬da müa¬vi¬nət ve¬ri¬lməlidir. Əgər əmək stajı 6 il olsaydı o zaman hesablanan qazancın 60%-i miqdarında ödəniş olmalıdır.
Əv¬vəl¬ki 12 ay¬lıq dövr¬də ne¬çə iş gü¬nü¬nün ol¬ma¬sı¬nı tap¬ma¬lı¬yıq. Fərz edək ki, bu dövr¬də olan iş gün¬lə¬ri¬nin sa¬yı 240 gün¬dür. Son 12 ayın qa¬zan¬cı¬nı 12 ay¬da¬kı iş gün¬lə¬ri¬nin sa¬yı¬na bö¬lə¬rək bir iş gü¬nü¬nə dü¬şən gün¬də¬lik qa¬zan¬cı tap¬ma¬lı¬yıq:
12 x 1100 = 13 200 manat
13200 : 240 = 55 manat
İlk 14 gün¬də 10 iş gü¬nü olarsa, işə¬gö¬tü¬rən tə¬rə¬fin¬dən ödə¬ni¬lən müa¬vi¬nə¬tin miq¬da-rı 550 manat olur:
10 x 55 = 550 manat.
So¬si¬al sı¬ğor¬ta ödə¬niş¬lə¬ri he¬sa¬bı¬na olan ödə¬niş isə bu şə¬kil¬də he¬sab¬la¬na¬caq: Qa¬lan 16 gün¬də 12 iş gü¬nü ol¬du¬ğu¬nu qə¬bul et¬sək, o za¬man;
12 x 55 = 660 manat.
Əgər əmək sta¬jı 6 il ol¬say¬dı o za¬man he¬sab¬lan¬mış qa¬zan¬cın 60 fai¬zi miq¬da¬rın¬da ödə¬niş ola¬caq.