“WhatsApp”da yeni funksiya işə salınıb

“WhatsApp” messencerinə mesajlara reaksiya vermək funksiyası əlavə edilib.

İndex.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “Meta”nın rəhbəri Mark Çukerberq məlumat verib.

İndi söhbət otaqlarında mesajlara emoji ilə cavab vermək mümkündür. İlkin mərhələdə reaksiyaların sayı məhdud olacaq, lakin gələcəkdə onların çeşidi genişləndiriləcək.