Avstriya Rusiya qazına görə rublla ödəniş etməyi planlaşdırmır.
İndex.az xəbər verir ki, bunu Avstriyanın Avropa və xarici işlər naziri Aleksandr Şallenberqer deyib.
“Bizim mövqeyimiz aydındır. Biz Rusiya ilə mövcud müqavilələrə sadiqik. Ancaq rublla ödəniş etmək niyyətimiz yoxdur”, – deyə nazir bildirib.
Şallenberqin fikrincə, neft embarqosu ölkələrə müxtəlif şəkildə təsir edəcək. Çünki onların hamısı Rusiya neftindən eyni dərəcədə asılı deyil.
Eyni zamanda, Şallenberq bildirib ki, Rusiya prezidenti Vladimir Putin öz qərarları ilə əks nəticələrə nail olub.
Nazir baş verən hadisələrin NATO-ya üzv ölkələri daha sıx birləşdirdiyi fikrindədir.