Bu gün banklar 31 milyon dollar aldı – HƏRRAC

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

Index.az xəbər verir ki, hərracda tələb 30.8 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Bu da 2021-ci ilin 14 iyununundan (30.3 mln. dollar) bu tərəfə qeydə alınmış ən aşağı göstəricidir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.