“Bu il Avropaya qaz tədarükümüz 10 milyard kubmetri ötəcəyi gözlənilir”

Bu ilin sonuna kimi Avropaya Azərbaycan qazının tədarükü 10 milyard kubmetrdən çox olacağı gözlənilir.

İndex.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter” hesabında yazıb.

Qeyd edək ki, P.Şahbazov bu gün Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən “Cənub-Şərqi Avropada Enerji Keçidi: Enerji Təhlükəsizliyi, diversifikasiyası və yaşıl enerjiyə keçid üzrə regional əməkdaşlıq” mövzusunda təşkil olunacaq Nazirlərin Dəyirmi Masasında iştirak edir.

Dəyirmi masa qaz təchizatının təhlükəsizliyi, regional elektrik bazarı, yaşıl enerjiyə keçid, istehlakçıların müdafiəsi və gələcəyə baxış mövzularında panel sessiyalarla davam edəcək.