Bu sığorta şirkətlərinin ötənilki xərcləri 33 milyon manatdan az olmayıb

Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 5-nin ötənilki xərcləri 33 milyon manatdan az olmayıb.

İndex.az xəbər verir ki, bunlar “PAŞA Həyat Sığorta” (268,21 milyon manat), “PAŞA Sığorta” (160,247 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 73,414 milyon manat), eləcə də “Atəşgah Həyat Sığorta” (41,464 milyon manat) və “Xalq Sığorta” (33 milyon manat) ASC-lərdir.

Qalan 15 sığorta şirkətindən 10-nun xərcləri 10-32 milyon manat arasında, 3 şirkətin xərcləri 1-10 milyon manat arasında, 2 şirkətin xərcləri isə 1 milyon manatdan azdır.

Mənbə – Renkinq