Paytaxt sakinləri kafe-restoranlara 200 milyon manat pul xərcləyib

Bu ilin yanvar-mart aylarında Bakıda ictimai iaşə dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 199,7 milyon manat olub.

Bu barədə İndex.az Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, hüquqi şəxslər üzrə dövriyyə 127,1 milyon manat olub ki, bu da ümumi dövriyyənin 63,6 faizini təşkil edib.