Bakılılar ərzağa 3 milyard 637 milyon manat xərcləyib

Bu ilin yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4,8 % artaraq 6 milyard 301 milyon manat olub.

Bu barədə İndex.az Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13 % artaraq 3 milyard 636,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,1 % azalaraq 2 milyard 664,4 milyon manata bərabər olub.

İstehlak məhsullarının 35,3 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 41 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,7 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.