“Kapital Bank” işçilər axtarır – VAKANSİYALAR

Kapital Bank

NET Development üzrə İT təcrübə proqramı

Son tarix 04 iyn 2022 – [email protected]

Öhdəliklər:

  • Yeni layihələrin başlanması və dəstək göstərilməsi,
  • Cari layihələrin inkişaf etdirilməsi.
  • Səliqəli və oxunan kodlar yazılması.
  • Yeni biznes proseslərinin həyata keçirməsi və cari prosesləri Bankın müvafiq proqram təminatı vasitəsi ilə inkişaf etdirilməsi.
  • Yazılmış biznes proseslərə texniki dəstək göstərilməsi.

Tələblər:

  • 4-cü kurs İnformasiya texnologiyaları istiqamətində təhsil alan tələbələr, məzunlar və magistrlar;
  • .NET (C#) texnologiyasını bilməsi
  • MS SQL sorğu dilini bilmə
  •  Vətəndaş qüsursuzluğuna malik olma
  • Ünsiyyətqurma bacarıqları
  • Vahid komandada işləmək qabiliyyəti
  • Gərgin əmək şəraitində işləmək qabiliyyəti
  • Məsuliyyətli, diqqətli olmaq

Müraciət üçün CV-lərinizi, mövzu hissəsində “.NET Təcrübə proqramı” qeyd etməklə e-mail ünvanına göndərə bilərsiniz.

 

Biznesin İnkişafı üzrə ekspert

Son tarix 04 iyn 2022

Öhdəliklər:

  • Yeni biznes imkanlarının təhqiqatı;
  • Bazar tələbatlarının (trendlərin) müəyyən edilməsi və məhsula aid ideyaların verilməsi;
  • Bank məhsulları haqqında biliklərə malik olması ve gəlirliyin hesablanması;
  • Təhqiqat məlumatları əsasında biznes planın hazırlanması;
  • Layihənin maliyyə gəlirini və göstəricilərini biznes planda əks etdirilməsı;
  • Kampaniyaların effektivliyini ölçmək məqsədi ilə təhlilin aparılması.

Tələblər:

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat və Bank sahəsində arzuolunandır);
  • Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək (xüsusi ilə Excel və Power Point);
  • SQL bilikləri (Başlanğıc səviyyədə)
  • Yüksək analitik düşünmə qabiliyyəti zəruridir;
  • Yüksək kommunikasiya və təqdim etmə bacarıqları;
  • Komandada işləmək bacarığı.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.