Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard dolları keçib

Bu il mayın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 085,8 milyon ABŞ dolları təşkil edib.

İndex.az quruma istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,7% azdır.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 0,2%, son 1 ildə isə 11,3% artıb.