“iPhone 15” modellərində şarj limitini özünüz təyin edəcəksiniz

“Apple” “WWDC 2024” tədbirində bir çox yenilikləri istifadəçiləri ilə paylaşdı.

İndex.az xəbər verir ki, “iOS 18” yeniləməsi ilə “iPhone 15” modellərinin şarj limitlərini dəyişə biləcəyiniz funksiya əlavə olunacaq.

“iOS 18” yeniləməsindən sonra gələcək yeni funksiya ilə bu parametr yeniləmə alacaq və şarj limitləri 85%, 90% və 95% arasından seçiləcək.

Bu seçimə daxil olmaq üçün Parametrlər tətbiqindən istifadə etməlisiniz. Daha sonra Batareya seçimi və Doldurma bölmələrində yeni seçimlərə daxil ola biləcəksiniz.