Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 4 000-i ötüb

Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 4000-i ötüb.

İndex.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) istinadən xəbər verir.

“Təlim keçən sürücülərin sayı isə 21 000-i ötüb”, – deyə agentlik bəyan edib.