Yaponiyada müflisləşən şirkətlərin sayı 43% artıb

Yaponiyada may ayında korporativ iflasların ötən ilin eyni dövrü ilə müqayisədə 42,9% artdığı bildirilib.

İndex.az xəbər verir ki, Yaponiyada may ayında iflas edən korporativ şirkətlərin sayı 1009-a çatıb.

Beləliklə, Yaponiyada son 11 ildə ilk dəfə olaraq 1 ay ərzində müflisləşən korporativ şirkətlərin sayı 1000-i keçib.

İncələnilən 10 sektor arasında ən çox iflas xidmət sektorunda baş verib. Belə ki, may ayı ərzində xidmət sektorunda fəaliyyət göstərən 327 şirkət iflas edib.

İkinci yerdə isə 193 şirkətlə tikinti sektoru qərarlaşıb.