Bu il Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 1% artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsi 504 milyon 863 min 200 manat təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1% çoxdur.

Bu ilin yanvar-may aylarında muxtar respublikada əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 76 milyon 252 min 100 manat olub. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,6% çoxdur.