Naxçıvanda orta aylıq əməkhaqqı 18%-dən çox artıb

Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 767,3 manat olub.

İndex.az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 18,3 % çoxdur.