
Bu ilin yanvar-aprel aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 6 milyard 470,138 milyon manat təşkil edib.
İndex.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1% çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 3,2 dəfə azalaraq 1 173 olub.
BFB-nin dövriyyəsinin 54,6%-i, yaxud 3 milyard 530,369 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 8,4% azdır.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 2,9 dəfə artaraq 398,433 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 42,5% artaraq 2 milyard 541,336 milyon manat olub.