![Qurban bayramı namazı iyunun 16-da qılınacaq](https://index.az/wp-content/uploads/2022/07/məscid_bkk-e1617000430395.jpg)
Azərbaycan məscidlərində iyunun 16-da Qurban bayramı namazı qılınacaq.
İndex.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Qurban bayramı ilə bağlı fətvasında qeyd olunub.
Bildirilib ki, Qurbаn bаyrаmı iyunun 16-na təsadüf edəcək: “Şəriətə uyğun olaraq, Qurban kəsimi iyunun 16-dan başlayaraq üç gün davam edə bilər”.