![Ölkədə 300-dən çox bağçada tibb bacısı vəzifəsi boşdur](https://index.az/wp-content/uploads/2022/04/1635923639_tibbi-xidmet.jpg)
Azərbaycan üzrə fəaliyyət göstərən 1 668 məktəbəqədər təhsil müəssisəsindən (uşaq bağçası) 1 091-də tibb bacısı fəaliyyət göstərir.
İndex.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, 238 bağça 1 qruplu olduğuna görə orda tibb bacısının fəaliyyəti nəzərdə tutulmayıb.
Məlumata görə, bağçalarda tibb bacısı vəzifəsi üzrə vakant olan bağçaların sayı 339-dur.