Prezidentin yüksək vəzifə verdiyi Vahid Hacıyev kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Vahid Rasim oğlu Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

İndex.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Vahid Hacıyev 1999-2003-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb. 2003-2005-ci illərdə BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər Fakultəsində magist təhsili alıb. 2017-2019-cu illərdə Ingiltərənin Koventri şəhərində yerləşən Vorvik Universitetində təhsil alıb.

2004-2007-ci illərdə “Deloitte & Touche” şirkətində işləyib. O, 13 il – 2007-2020-ci illərdə “BP Azerbaijan”də müxtəlif yüksək vəzifələrdə çalışıb.

2020-ci ilin fevral ayından etibarən “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətin yeni İdarə Heyəti sədri təyin olunub.

Nizamnamə kapitalı 11,8 milyon manat olan “Agro Dairy” — Azərbaycanın aparıcı kənd təsərrüfatı şirkətlərindən biridir. Baş ofisi Bakıda yerləşir. Suvarma, əkin, tədarük və məhsul emalı ilə ölkənin Samux, Tovuz və Şəmkir kimi ərazilərində fəaliyyət göstərir.

“Agro Dairy” MMC Azərbaycanın ən böyük şirkətlərindən biri olan “Paşa Holdinq” ilə eyni ünvanda – Bakı şəhəri, Neftçilər prospekti 153-də yerləşir.