Azerbaijan SuperMarket
SƏTƏM üzrə kiçik mütəxəssis
Son tarix 22 may 2022 – [email protected]
Vəzifə öhdəlikləri:
SƏTƏM təlim proqramı çərçivəsində yeni işçilərə, qonaqlara və bütün şəxsi heyətə təlimlərin verilməsini həyata keçirmək. Bununla əlaqədar sənədlərin hazırlanmasını, qeydlərin aparılmasını və izlənməsini aparmaq.
- İş sahəsində müəyyən edilmiş təhlükələrlə bağlı işçilərə ilkin və dövri təlimlərin verilməsi üçün program hazırlamaq;
- Kursların keçirilməsi haqqında qeydləri aparmaq və qiymətləndirmə suallarını hazırlamaq;
- Video təlimlər hazırlamaq;
- İllik təlim planı və məqsəd, o cümlədən təlimlə bağlı hədəfləri müəyyən etmək;
- Təlim materiallarını daim yeniləmək;
- Ərazilərdə təlimlər keçirmək;
- İş sahələrində müşahidələr apararaq təlimin effektivliyini yoxlamaq;
- İş yerlərində SƏTƏM yoxlamaların (təftiş/inspection) və monitorinq işlərinin aparılması;
- İş yerlərində Təhlükələrin müəyyən olunması və Riskin qiymətləndirilməsi;
- Yanğın təhlükəsizliyi və Yanğınla ilkin mübarizə tədbirlərini həyata keçirmək;
- Şirkətin risk qiymətləndirmələrini, təhlükəsizlik əməliyyat prosedurlarını və təhlükəsizlik tələblərini mütəmadi nəzərdən keçirmək və əməl olunmasına nəzarət etmək;
- Bütün yeni işçilər və subpodratçılar üçün təhlükəsizlik təlim-tədrisinin aparılması və jurnalda qeydiyyata alınması;
- Qəzalar və hadisələr barəsində araşdırma aparmaq, qeydlər etmək və dərhal məlumat vermək;
- Gündəlik iş qabağı SƏTƏM təlimatlandırılmasında iştirak etmək;
- Təhlükəsizliyə dair yeni və davamlı təlim tələblərini müəyyənləşdirmək, bütün təlimlərin vaxtında nəzərdən keçirilməsinə və təmin edilməsinə nəzarət etmək;
- SƏTƏM rəhbərinə aylıq hesabatın verilməsi;
- Avadanlıq və texnikanın təhlükəsiz işləməsinə və quraşdırılmasına nəzarət etmək.
Namizədə dair tələblər:
- Ən az 1 il müvafiq vəzifədə təcrübə;
- Peşəkar ünsiyyət və yazışma bacarıqları;
- Verilən tapşırıqları qısa müddətdə yerinə yetirmək bacarığı;
- Komanda oyunçusu;
- İngilis dilində başlanğıc səviyyədə biliklərə sahib olmaq;
- Yüksək təqdimat bacarığı;
- Tənqidi düşüncə və təhlil bacarıqları;
- Bir neçə prioritet məsələləri birlikdə iradə etmə bacarıqları;
- Problemlərin həllində yaradıcı yanaşma bacarığı;
- Sərbəst Microsoft Office istifadəçisi olmaq;
- Çeviklik və tez öyrənmək qabiliyyəti;
- Qərgin iş şəraitində işləmə bacarığı.
Maraqlanan namizədlər email ünvanına “SƏTƏM üzrə kiçik mütəxəssis” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.