Yellendən Rusiya ilə iş görən banklara sərt xəbərdarlıq

ABŞ-ın maliyyə naziri Canet Yellen Rusiya ilə iş aparmağın Avropa banklarını həddən artıq riskə məruz qoyduğunu bildirib.

İndex.az xəbər verir ki, Yellen “Reuters”ə verdiyi müsahibədə qeyd edib ki, Rusiyada iş görən banklara qarşı sanksiyaların potensial olaraq daha sərt artırılması nəzərdən keçirilir.

Təfərrüatları açıqlamaqdan imtina edən Yellen sanksiyalara məruz qala biləcək bankların adını mətbuata bildirməyib.

İtaliyanın şimalında keçirilən G7 maliyyə liderlərinin iclası çərçivəsində çıxış edən Yellen bildirib ki, tutarlı bir səbəb olarsa, Rusiyadakı bankların əməliyyatlarına qarşı sanksiyalara start veriləcək.