Çində açıqlanan iqtisadi məlumatlar Asiya bazarlarını bahalaşdırıb

Çinin sənaye mənfəətinin artması Asiya bazarların bahalaşdırıb.

İndex.az xəbər verir ki, Milli Statistika Bürosunun məlumatına görə, yanvar-aprel dövründə Çinin sənaye mənfəəti 4,3% artıb.

Çinin əsas göstəricisi “CSI 300” birjası 0,21%, Honkonqun “Hang Seng” birjası isə 0,4% artıb.

Çin və Hindistandan daha çox iqtisadi məlumatlar bu həftənin sonunda gələcək.

Avstraliya da çərşənbə günü aprel inflyasiya məlumatlarını açıqlayacaq və ING analitikləri Avstraliya iqtisadiyyatının azda olsa zəifləyəcəyini gözləyirlər.

Yaponiyanın “Nikkei 225” birjası 0,22%, “Topix” birjası isə 0,3% yüksəlib.

Cənubi Koreyanın “Kospi” birjası təxminən 0,5% artarkən, “Kosdaq” birjasında dəyərlər dəyişməyib.

Avstraliyanın “S&P/ASX 200” birjası 0,8% artımla dörd günlük itirmə seriyasını başa vurub.