![Deputat DSMF-nin idarəetmə xərclərinin artırılmasının əleyhinə çıxıb](https://index.az/wp-content/uploads/2023/06/DSMF.png)
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) aparatının və yerli bölmələrinin saxlanılması xərclərinin 5 milyon manat artırılması istəyini tənqid edib.
İndex.az xəbər verir ki, deputat mövqeyini parlamentin bu gün keçirilən plenar iclasında açıqlayıb.
“Əgər elektron xidmətlər istifadə artırsa, niyə DSMF-nin idarəetmə xərcləri artırılır? Əksinə, Fondun xərcləri azaldılmalıdır”, – deyə o qeyd edib.