Vüqar Bayramov: “İri sahibkarlar arasında qadınlar azdır”

Azərbaycanda hər 5 sahibkardan 1-i qadın olsa da, iri sahibkarlar arasında qadınlar xeyli azdır.

İndex.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Orta sahibkarların 8 %-i, kiçik sahibkarların isə 16 %-i qadınlardır. Bundan başqa, qadınların maaşı az olduğundan onlar pensiyaya çıxanda da az pensiya alırlar. Təklif edirəm ki, qadınlar pensiyaya çıxarkən onlara xüsusi əmsal tətbiq edilsin”, – deyə o qeyd edib.